Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

Futbol üzrə Konfrans Liqasında həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Niderlandın PSV klubunun oyunçusu Eran Zahavi həftənin ən yaxşısı seçilib.

O, “Kopenhagen”ə səfərdə 4:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.

Konfrans Liqasında həftənin ən yaxşı adına Valenten Ronjye (“Olimpik”, Marsel, Fransa), Vangelis Pavlidis (“Alkmar”, Niderland) və Filipp Vizinger (LASK, Avstriya) də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button