Konfrans Liqası: Türkiyə klublarından ikisi qalib gəldi, biri uduzdu
Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktş” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və qələbə qazanıb.
“Fənərbaxça” da doğma meydanda “Tvente”yə qalib gəlib. “Genk”in qonağı olan “Adana Dəmirspor” isə məğlubiyyətlə üzləşib.
Cavab görüşləri avqustun 31-də baş tutacaq.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
24 avqust
“Astana” (Qazaxıstan) – “Partizani” (Albaniya) 1:0
“Tobol” (Qazaxıstan) – “Viktoriya” (Çexiya) 1:2
“Struqa” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) 0:1
“Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan) 0:4
“Nordsyelland” (Danimarka) – “Partizan” (Serbiya) 5:0
“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) 2:3
“Farul” (Rumıniya) – HJK (Finlandiya) 2:1
“Fənərbaxça” (Türkiyə) – “Tvente” (Niderland) 5:1
“Levski” (Bolqarıstan) – “Ayntraxt” (Almaniya) 1:1
“Makkabi” (Təl-Əviv, İsrail) – “Çelye” (Sloveniya) 4:1
“Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya) 1:0
“Sepsi” (Rumıniya) – “Bodo Qlimt” (Norveç) 2:2
“Genk” (Belçika) – “Adana Dəmirspor” (Türkiyə) 2:1
“Gent” (Belçika) – APOEL (Kipr) 2:0
“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya) 2:1
“Midtyulland” (Danimarka) – “Legiya” (Polşa) 3:3
“Osasuna” (İspaniya) – “Brügge” (Belçika) 1:2
“Alkmaar” (Niderland) – “Brann” (Norveç) 1:1
“Ballkani” (Kosovo) – BATE (Belarus) 4:1
“Harts” (Şotlandiya) – PAOK (Yunanıstan) 1:2
Bizi Facebook-da izləyin