Konfrans Liqası: “Roma”nın 1/4-dəki rəqibi bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkatması olub.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma saat 18:00-da başlayıb.

Tədbirdə həmçinin, final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olub.

UEFA Konfrans Liqası, 1/4 final

Bodo Qlimt (Norveç) – Roma (İtaliya)
Feyenoord (Niderland) – Slaviya (Praqa, Çexiya)
Marsel (Fransa) – PAOK (Yunanıstan)
Lester Siti (İngiltərə) – PSV (Niderland)

Yarımfinal

1. Lester Siti (İngiltərə) – PSV (Niderland) / Bodo Qlimt (Norveç) – Roma (İtaliya)

2. Feyenoord (Niderland) – Slaviya (Praqa, Çexiya) / Marsel (Fransa) – PAOK (Yunanıstan)

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal oyunları aprelin 28-də və mayın 5-də olacaq. Final qarşılaşması isə mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button