Konfrans Liqası: Pley-off mərhələsinin bütün cütləri

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində gerçəkləşən püşkatmada Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də növbəti mərhələdəki mümkün rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandasına uduzsa, Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Ballkani” (Kosovo)/”Linkoln” (Cəbəllüttariq) cütünün qalibi – “Şerif” (Moldova)/BATE (Belarus) cütünün məğlubu

“Jalgiris” (Litva)/“Haken” (İsveç) cütünün məğlubu – “Hamrun Spartans”(MLT)/“Ferentsvaroş” (Macarıstan) cütünün qalibi

“Struqa” (Şimali Makedoniya)/“Svift” (Lüksemburq) cütünün qalibi – “Zrinski” (Bosniya və Herseqovina)/“Breydablik” (İslandiya) cütünün məğlubu

“Farul” (Rumıniya)/“Flora” (Estoniya) cütünün qalibi – “Qarabağ” (Azərbaycan)/HJK (Finlandiya) cütünün məğlubu

“Astana” (Qazaxıstan)/“Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Valmiera” (Latviya)/“Partizani” (Albaniya) cütünün qalibi

Əsas yol

“Hapoel” (Beer Şeva, İsrail)/“Levski” (Bolqarıstan) cütünün qalibi – “Ayntraxt” (Almaniya)

“Dila” Gürcüstan)/APOEL (Kipr) cütünün qalibi – “Gent” (Belçika)/“Poqon” (Polşa) cütünün qalibi

“Lex” (Polşa)/“Spartak” (Slovakiya) cütünün qalibi – “Slaviya” (Çexiya)/“Dnepr-1” (Ukrayna) cütünün məğlubu

“Sepsi” (Rumıniya)/“Aktobe” (Qazaxıstan) cütünün qalibi – “Bodo Qlimt” (Norveç)/“Pünik” (Ermənistan) cütünün qalibi

“Tobol” (Qazaxıstan)/“Derri Siti” (İrlandiya) cütünün qalibi – “Viktoriya” (Çexiya)/“Qzira Yunayted” (Malta) cütünün qalibi

“Hibernian” (Şotlandiya)/“Lütsern” (İsveçrə) cütünün qalibi – “Aston Villa” (İngiltərə)

“Omoniya” (Kipr)/“Midtyulland” (Danimarka) cütünün qalibi – “Legiya” (Polşa)/“Austriya” (Avstriya) cütünün qalibi

“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya)/“Torshavn” (Farer adaları) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan)/“Genk” (Belçika) cütünün məğlubu – “Adana Dəmirspor” (Türkiyə)/“Osiyek” (Xorvatiya) cütünün qalibi

“Fənərbaxça” (Türkiyə)/“Maribor” (Sloveniya) cütünün qalibi – “Tvente” (Niderland)/“Riqa” (Latviya) cütünün qalibi

“Aris” (Yunanıstan)/“Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi – “Beşiktaş” (Türkiyə)/“Neftçi” (Azərbaycan) cütünün qalibi

“Santa Koloma” (Andorra)/“Alkmaar” (Niderland) cütünün qalibi – “Aroka” (Portuqaliya)/“Brann” (Norveç) cütünün qalibi

“Rapid” (Avstriya)/“Debretsen” (Macarıstan) cütünün qalibi – “Fiorentina” (İtaliya)

“Rusenborq” (Norveç)/“Harts” (Şotlandiya) cütünün qalibi – “Hayduk” (Xorvatiya)/PAOK (Yunanıstan) cütünün qalibi

“Styaua” (Rimıniya)/“Nordsyelland” (Danimarka) cütünün qalibi – “Sabah” (Azərbaycan)/“Partizan” (Serbiya) cütünün qalibi

“Osasuna” (İspaniya) – “Brügge” (Belçika)/“Akureyri” (İslandiya) cütünün qalibi

AEK (Kipr)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi – “Çelye” (Sloveniya)/“Neman” (Belarus) cütünün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button