Konfrans Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olacaq.
Tədbir saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu evdə olacaq.
Səpələnmişlər:
Anderlext (Belçika)
Bazel (İsveçrə)
CFR Kluj (Rumıniya)
Dnepr-1 (Ukrayna)
Fiorentina (İtaliya)
Gent (Belçika)
Lex (Polşa)
Partizan (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
Budo Qlimt (Norveç)
Braqa (Portuqaliya)
Latsio (İtaliya)
Ludoqorets (Bolqarıstan)
Qarabağ (Azərbaycan)
Şerif (Moldova)
Trabzonspor (Türkiyə)
Bizi Facebook-da izləyin