Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilinəcək – bu gün

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 16:00-da başlayacaq. Yarışa 2-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçilərinin də növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşəcək.

Mərhələ adlayacaqları təqdirdə, növbəti mərhələdə“Zirə” ilə “Qəbələ” səpələnmişlərdə, “Neftçi” isə səpələnməmişlərdə yer alacaq.

“Neftçi” – “Aris” (Kipr) cütünün qalibinin potensial rəqibləri:
“Tvente” (Niderland)
“Molde” (Norveç) – “Elfsborq” (İsveç) cütünün qalibi
“Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Sofiya, Bolqarıstan) – PAOK (Yunanıstan) cütünün qalibi

“Zirə” – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibinin potensial rəqibləri:
“Rujomberok” (Slovakiya) – “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Qazaxıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) – “Radniçki” (Serbiya) cütünün qalibi
“Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi

“Qəbələ” – “Fehervar” (Macarıstan) cütünün qalibinin potensial rəqibləri:
“Sepsi” (Rumıniya) – “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi
“Vlajniya” (Albaniya) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub-Hinçesti” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi
“Panatinaikos” (Yunanıstan)

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button