Konfrans Liqası: 3-cü mərhələnin bütün cütləri bəlli oldu
Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi bəllidir. “Ağ-qaralar” Vyana “Rapid”i (Avstriya) ilə üz-üzə gələcək. “Neftçi” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək.
Bu mərhələnin ilk matçları avqustun 4-də, cavab görüşləri ayın 11-də baş tutacaq.
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi
Vikinqur (İslandiya) – Lex (Polşa)
RFS (Latviya) – Hibernians (Malta)
Ballkani (Kosovo) – Klaksvik (Farer adaları)
Zrinski (Bosniya və Herseqovina) – Tobol (Qazaxıstan)
Şaxtyor (Soliqorsk) – ÇFR Kluj (Rumıniya)
Spartak (Trnava, Slovakiya) – Rakuv (Polşa)
AİK (İsveç) – Şkendiya (Şimali Makedoniya)
Vikinq (Norveç) – Slayqo Rovers (İrlanidya)
Breydablik (İslandiya) – Başakşəhər (Türkiyə)
KuPS (Finlandiya) – Yanq Boyz (İsveçrə)
Payde (Estoniya) – Anderlext (Belçika)
Viborq (Danimarka) – B-36 Torshavn (Farer adaları)
Hayduk (Xorvatiya) – Vitoriya (Portuqaliya)
Brondbü (Danimarka) – Bazel (İsveçrə)
Lilleström (Norveç) – Antverpen (Belçika)
ÇSKA (Sofiya, Bolqarıstan) – Sent Patriks (İrlandiya)
Dandi Yunayted (Şotlandiya) – Alkmaar (Niderland)
APOEL (Kipr) – Kızıljar (Qazaxıstan)
Dunayska Streda (Slovakiya) – Styaua (Rumıniya)
Riqa (Latviya) – Jil Visente (Portuqaliya)
Volfsberger (Avstriya) – Qzira Yunayted (Malta)
Makkabi (Təl-Əviv, İsrail) – Aris (Yunanıstan)
Molde (Norveç) – Kişvarda (Macarıstan)
Neftçi (Azərbaycan) – Rapid (Avstriya)
Luqano (İsveçrə) – Hapoel (Beer-Şeva, İsrail)
Levski (Bolqarıstan) – Hamrun Spartans (Malta)
Tvente (Niderland) – Çukariçki (Serbiya)
Zarya (Ukrayna) – Universitatya (Krayova, Rumıniya)
Vaduts (Lixtenşteyn) – Konyaspor (Türkiyə)
Sepsi (Rumıniya) – Yurqarden (İsveç)
Fehervar (Macarıstan) – Petrokub (Moldova)
Slaviya (Praqa, Çexiya) – Panatinaikos (Yunanıstan)
Bizi Facebook-da izləyin