Tuxel razı qalıb

“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə cavab matçından sonra (1:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sərgilədikləri performansdan çox razı olduğunu dilə gətirib:

“Məncə, rəqib ilk oyuna nisbətən daha çox təzyiq göstərdi. Nəticəni xeyrimizə dəyişə bilmədik. Performansımızdan çox razı qaldım”.

İki oyunun nəticəsinə əsasən, Münhen təmsilçisi Premyer Liqa klubuna 1:4 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

“Şəhərlilər” turnirin yarımfinal mərhələsində İspaniya “Real”ı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button