“Komandanı bu durumda motivasiya etmək çətindir”

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Keşlə” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Mövsümün son oyunu idi. Komandanı bu durumda – iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyundan və yanaşmasından razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button