“Komandamın oyunundan razı qaldım” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov bu gün Birinci Divizion təmsilçisi MOİK-ə qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbəyə sevindikləri matçdan sonra bunları söyləyib:
“Milli komandanın toplanışı ilə əlaqədar yaranmış fasilədən səmərəli şəkildə istifadə etməyə çalışdıq. Həm ehtiyatda qalan, həm də akademiyamızın perspektiv vəd edən gənclərinə oynamaq üçün şans verdik. Həmin futbolçular üçün bu böyük bir sınaq idi. Ümumilikdə götürsək, komandamın oyunundan razı qaldım. Fasilədən maksimum şəkildə yararlanıb, növbəti turda keçirəcəyimiz oyuna tam hazır olmağa çalışacağıq”.
Qeyd edək ki, “Sumqayıt” hazırlıq dönəmində bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun yetirmələri martın 28-də “Sabah”la üz-üzə gələcək. Sözügedən komanda Premyer Liqadakı növbəti matçını isə aprelin 4-də “Neftçi”yə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin