Rəsmi: “Atletiko”nun sabiq hücumçusu “Ayntraxt”da
Kolumbiya milli komandasının üzvü Rafael Santos Borre karyerasını Almaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Ayntraxt” (Frankfurt) klubuna keçib. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Borre ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
2015-2017-ci illər aralığında “Atletiko”da çıxış edən Borrenin son klubu Argentina “River Pleyt”i olub. Hücumçu “Ayntraxt”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin