Klubunu yalnız Çempionlar Liqasına görə tərk edə bilər

Aleksis Makallister bu yay “Brayton”dan ayrılacağı təqdirdə, UEFA Çempionlar Liqasında oynamaq istəyir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi yalnız Çempionlar Liqasında çıxış edən kluba görə “Brayton”dan ayrılmağa hazırdır. Futbolçu ilə “Liverpul” və “Mançester Yunayted” yaxından maraqlanır.

“Brayton” rəhbərliyi Avropa Liqasına vəsiqə qazanacaqları təqdirdə, Aleksisi saxlayacaqlarına ümidlərini itirməyib.

Makallisterlə “Brayton” arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button