“Barselona”nın prezidenti olmaq istəyirəm? Yox!”

“Barselona”nın idman direktoru Deku klubun prezidenti olmaq fikrinin olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, öz vəzifəsindən razı olduğunu bildirib:

“Klubun prezidenti olmaq istəyirəm? Yox! Bu mənim planım deyil. Bütün hazırlığım və məqsədim tutduğum vəzifəni yerinə yetirməyə yönəlib. Mən tamamilə buna diqqət yetirirəm. İstədiyim yerdəyəm və istədiyimi edirəm.

Mənim işim problemləri həll etmək və klubdakı ümumi vəziyyəti idarə etməkdir. İşçilərdən tutmuş futbolçulara kimi, burada çalışan hər kəsə kömək edirəm. Bu mənim xoşuma gəlir. Çox şadam ki, belə bir seçim etdim, xüsusilə də, belə böyük klubda”.

“Barselona” hazırda 51 xalla İspaniya La Liqasının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button