“Mənimlə layiq olduğum kimi davransaydılar, bu gün hələ də “Barselona”da oynayardım”

“Barselona”nın sabiq futbolçusu, hazırda Braziliyanın “San Paulo” klubunun şərəfini qoruyan Dani Alveş açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi, Kataloniya klubuna qayıtmaq istədiyini deyib:

“Barselona”dan ayrıldıqdan sonra özümü sübut etmək üçün “Yuventus”a getdim. Sonradan “Barselona”ya qayıtmaq istədim. Klubun mənə ehtiyacı vardı, amma onların mənə qarşı səhv etdiklərini etiraf edəcək cəsarətləri yox idi. Mənimlə layiq olduğum kimi davransaydılar, bu gün hələ də “Barselona”da oynayardım. Bu klubu hələ də sevirəm.

“Barselona” öz üslubunu dəyişdi. Klub itirdiyi nüfuzunu bərpa etmək üçün çətin dövr keçməlidir. “Barselona” ticarət klubu olmaq, futbolçu alıb-satmaq istəyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button