ÇL: “Heç bir klub “Real” və ya “Mançester Siti” ilə qarşılaşmaq istəməz”
“Bayern”in keçmiş baş direktoru Karl-Haynts Rummenigge UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin qarşıdakı püşkatması ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün rəqiblərə hörmət etməyin vacibliyini diqqətə çatdırıb:
“Yəqin ki, heç bir klub 1/4 finalda “Real” və ya “Mançester Siti” ilə qarşılaşmaq istəməz. Lakin digər kollektivlər də zəif hesab edilmir.
Mən hər zaman bu mövzuda keçən il 1/4 finaldakı rəqibimiz “Vilyarreal”ı misal gətirirəm. Diqqətini cəmləməli və istənilən rəqibə hörmət etməlisən”.
Xatırladaq ki, Bundesliqa təmsilçisi 1/8 finalda iki oyunun nəticəsinə əsasən, PSJ-ni mübarizədən kənarlaşdırıb (3:0).
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün saat 15:00-da başlayacaq.
Bizi Facebook-da izləyin