Klubların Avropa reytinqi: “Qarabağ” ilk “50-lik”də!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının reytinq siyahısını açıqlayıb.
Komanda.az xəbər verir ki, Azərbaycan siyahıda üç klubla təmsil olunur.
“Qarabağ” 139 xalla qitə reytinqinin 49-cu sırasında qərarlaşıb. Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66.5 xalla 146-cı yeri tutub. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50.25 xal) qərarlaşıb.
Avropa reytinqinə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- “Liverpul” (İngiltərə) – 273 xal
- “Çelsi” (İngiltərə) – 250
- “Mançester Siti” (İngiltərə) – 248
- “Real” (İspaniya) – 247
- “Benfika” (Portuqaliya) – 228
- “Portu” (Portuqaliya) – 224
- “Leypsiq” (Almaniya) – 220
- PSV (Niderland) – 215,5
- “Bayern” (Almaniya) – 208
- “Betis” (İspaniya) – 202
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin