
“Klublararası dünya çempionatında olmamağımızdan xoşum gəlmir”
Xuan Laporta “Barselona”nın Klublararası dünya çempionatında iştirak etməməsi haqda danışıb.
Komanda.az xəbər verir ki, klub prezidenti, jurnalistin “Barselona”nın oynaya bilmədiyi Klublararası dünya çempionatı haqda nə düşünürsüz” sualına belə cavab verib:
“Əsas təqvimdən kənar, bütün yarışların artıq başa çatdığı bir vaxtda keçirilən turnirdir. Bu zaman futbolçular artıq oyundan çox, məzuniyyətlərini düşünürlər. Amma mən istərdim ki, “Barsa” bu turnirdə oynasın, çünki çox güman ki, biz qalib olardıq. Baxmayaraq ki, iştirak etməməyimizin üstünlükləri var. İndi oyunçularımız daha az yorulacaqlar. Sıx qrafiki nəzərə alsaq, bu vacibdir.
Orada olmamağımızdan xoşum gəlmir. Mən bu barədə artıq FİFA prezidenti ilə danışmışam. Məncə, “Barsa” öz tarixinə görə orada olmalı idi.
“Barselona” iştirak etsəydi, turnir daha maraqlı olardı. Biz Klublararası dünya çempionatında olmamağımıza hörmətlə yanaşırdıq, ancaq komandamızın iştirakı bir az rəng qatardı”.
Bizi Facebook-da izləyin