KDÇ-2019-un final matçının keçiriləcəyi stadion bilindi
Klublararası dünya çempionatı 2019-un final görüşünün keçiriləcəyi stadion məlum olub.
Komanda.az xəbər verir ki, turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda keçiriləcək. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.
Turnirdə “Liverpul” (İngiltərə), “Monterrey” (Meksika), “Esperans” (Tunis), “Əl Sədd” (Qətər) və “Yeqen Sport” (Yeni Kaledoniya) klubları iştirak edəcək. Libertadores kubokunun və Asiya Çempionlar Liqasının qalibi olacaq komandalar da klublararası dünya çempionatında mübarizə aparacaq.
Qətərdə təşkil olunacaq KDÇ dekabrın 11-dən 21-dək keçiriləcək.
Bizi Facebook-da izləyin