Klublar A Seriyasının davamını istəyir
Futbol üzrə İtaliya A Seriyasında çıxış edən klubların rəhbərliyi video-konfrans formatında görüş keçiriblər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, elita təmsilçiləri koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.
A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş toplantıda bütün klublar çempionatın davam etdirilməsinə səs veriblər.
Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin