“Heç vaxt təqaüdə çıxmaq barədə düşünməmişəm” – Noyer

“Bayern”in qapıçısı Manuel Noyer peşəkar karyerasını bitirmək barədə düşünüb-düşünmədiyi haqda sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, təqaüdə çıxmaq fikrinin olmadığını bildirib:

“Mən heç vaxt təqaüdə çıxmaq barədə düşünməmişəm. Xeyr, qətiyyən yox. Eniş-yoxuşlar olub, amma məndə həmişə meydana qayıtmaq istəyi olub. Klubdakı bütün problemlərin öhdəsindən yaxşı gəldim. Bu məsələdə psixoloji məqam önəmlidir”.

Almaniyalı qolkiper ayağı sındığı üçün uzun müddətdən sonra, oktyabrın 28-də ilk dəfə Bundesliqada “Bayern”in heyətində “Darmştadt”la matçda iştirak edib. Münhenlilər bu görüşdə 8:0 hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button