Klopp “Liverpul”un xəstə və zədəli futbolçularından danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 3-cü turunun “Mançester Yunayted”lə matçında zədəli futbolçulardan hansının oynaya biləcəyindən danışıb.

Komanda.az xəbər verir ki, baş məşqçi, Nabi Keytanın bir həftədir xəstə olduğunu deyib:

“Nabi Keyta bir həftədir xəstədir, son oyunda ehtiyat oyunçular skamyasında idi. Amma indi məşqdədir, həqiqətən, yaxşı görünür. Hər şey yaxşıdır. Roberto Firmino mükəmməl məşq edir və hazırdır”.

Klopp, Co Qomesin də komandanın sıralarına qayıtdığını açıqlayıb.

“Liverpul”un “Mançester Yunayted”lə oyunu avqustun 22-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button