Klopp Klublararası DÇ-ni “yıxıb-sürüdü”

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp ABŞ-da keçirilən Klublararası dünya çempionatı ilə bağlı sərt fikirlər səsləndirib.

Komanda.az “Welt”-ə istinadən xəbər verir ki, hazırda “Red Bull” klubunda çalışan Klopp turnirin formatını və təşkilini kəskin tənqid edib:

“Klublararası dünya çempionatı futbol tarixində həyata keçirilmiş ən pis ideyadır. Futboldan anlayışı olmayan insanlar qərarlar verir. Mən qorxuram ki, gələn mövsüm futbolçular elə zədələr alacaqlar ki, buna qədər heç vaxt rast gəlinməyib. Bu baş verməsə belə, 2026-cı il dünya çempionatında və ya ondan sonra belə hallar mümkündür”.

Klopp ötən il “Liverpul”un baş məşqçi postundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button