Klopp: “Yüz faiz penalti idi!”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 28-ci turunda “Mançester Siti”nin qapısına (1:1) təyin olunmamış penaltini şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Klopp, həmin epizodda yüz faiz penalti olduğunu deyib:
“Yüz faiz penalti idi! Bir izahat tapacaqlar. Bu, meydanın bütün sahələrində qayda pozuntusu və ola bilsin ki, sarı vərəqə idi. Ətrafımdakıların hamısı dedi: “Vay, burada hər şey aydındır”. Amma onlar ola bilsin ki, “aydın deyil və aşkar deyil” ifadəsinin arxasında gizlənə bilərlər.
Təbii ki, bu, penaltidir, amma alınmadı. Mənim üçün ən önəmlisi bu cür futbol oynaya bilməyimizdir. Mən bu gün komandamda çox parlaq şeylər gördüm”.
“Mançester Siti”nin hücumçusu Jeremi Doku 90+9-cu dəqiqədə rəqib yarımmüdafiəçi Aleksis Makallisterin sinəsinə təpiklə zərbə endirib. Matçın baş hakimi buna görə penalti təyin etməyib.
“Liverpul” hazırda 64 xalla Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin