Klopp “Liverpul”dan getmək niyyətində deyil

Yurgen Klopp “Liverpul”un baş məşqçi postunu tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlıların rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə əhəmiyyət verməyərək, məşqçinin mövqeyini tam dəstəkləyir.

Buna baxmayaraq, İngiltərə klubu qış transfer pəncərəsində yeni futbolçular almağı planlaşdırmır.

“Liverpul” hazırda 28 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.

Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button