Klopp: “Kiçik bir səhv hər şeyi bitirə bilər”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk oyundan əvvəl açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman məşqçi, “Benfika”nın güclü rəqib olduğunu bildirib:
“Benfika” öz çempionatlarında olmaq istədiyi yerdə deyil, amma güclü rəqibdir. Hamımız bilirik ki, uğursuzluq, kiçik bir səhv hər şeyi bitirə bilər. Amma bu, bizim üçün problem deyil. Yeni çağırışa hazırıq.
Bizə ehtiras, psixoloji sabitlik və həyəcan lazımdır. Həm futbolçu, həm məşqçi, həm də komanda kimi inkişaf etməliyik. Zaman keçdikcə hər şeyi daha sakit tərzdə mühakimə etməyə başlayırsan. Bu bir təcrübədir. Əvvəllər hesab 1:0 olanda dəli kimi qaçmağa davam edirdik. İstəyirəm ki, futbolçularım doğru düşünsünlər”.
Bu gün keçiriləcək “Benfika” – “Liverpul” oyunu saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin