Klopp: “Turnir cədvəlini görürük, vəziyyəti bilirik”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının Premyer Liqada çempionluq titulu uğrunda mübarizədən kənarda qalıb-qalmaması ilə bağlı sualı cavablandırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis vəziyyəti anladıqlarını bildirib:
“Biz turnir cədvəlini görürük, vəziyyəti bilirik. “Mançester Siti” üç matçda uduzmalıdır – bunu təsəvvür etmək çətindir. Amma hər şey ola bilər. “Arsenal” isə iki matçda uduzmalıdır. Bu turda bizdən əvvəl oynayırlar, hər iki komanda uduzsa, o zaman bu haqda danışarıq. 80-dən çox xal toplamaq şansımız var”.
“Liverpul” növbəti matçını mayın 13-də “Aston Villa”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin