KL: “Fənərbaxça” mübarizəni dayandırdı
Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” ilk oyunda uduzduğu “Olimpiakos”a doğma meydanda qalib gəlsə də, penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
Digər oyunlarda “Fiorentina”, “Aston Villa” və “Brügge” də rəqiblərindən güclü olublar.
Beləliklə, yarımfinalda “Aston Villa” “Olimpiakos”la, “Fiorentina” isə “Brügge” ilə qarşılaşacaq. Bu mərhələnin matçları mayın 2-də və 9-da keçiriləcək.
Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
18 aprel
“Fiorentina” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) 2:0 (ilk oyun 0:0)
Qollar: N.Qonsales, 92. Biraqi, 108.
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) 2:1, penaltilər 3:4 (1:2)
Qollar: Y.Yazıcı, 15. B.Andre, 67 – Kaş, 87.
“Fənərbaxça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) 1:0, penaltilər 2:3 (2:3)
Qol: İ.C.Kahveci, 11.
PAOK (Yunanıstan) – “Brügge” (Belçika) 0:2 (0:1)
Qollar: Yutqla, 33; 45.
Bizi Facebook-da izləyin