Koronavirus Azərbaycan millisini Polşaya “göndərdi”

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Polşadakı “Vaqner Memorial” turnirində iştirakının səbəbi məlum olub.

Komanda.az xəbər verir ki, yığma turnirə sonradan dəvət olunub. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə, daha əvvəl iştirakı təsdiqlənən Tunis millisinin bir neçə voleybolçusunda koronavirus aşkarlandığından, komandanın Polşaya yollanmaqdan imtina etdiyi və nəticədə bu kollektivi Azərbaycan yığmasının əvəzlədiyi bildirilib.

Turnirdə Azərbaycan millisinin rəqibləri Misir, Norveç və ev sahibi Polşa olacaq. Yığma komanda ilk matçını bu gün Misirə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button