“Bayern”lə danışığımız olacaq” – Alman futbolçu
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix gələcəklə bağlı planlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman futbolçu vəziyyətin çox sadə olduğunu bildirib:
“Vəziyyət çox sadədir. “Bayern”lə 2025-ci ilə qədər müqaviləm var. İndi aktiv olmalı olan mən deyiləm. Bütün diqqətimi Avropa çempionatına yönəltmişəm, lakin turnirin sonunda “Bayern”lə danışığımız olacaq”.
Futbolçunun klubu ilə müqaviləsi gələn yay başa çatacaq.
“Barselona” və İngiltərə Premyer Liqasının klubları Kimmixin xidmətində maraqlıdırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin