ÇL: “İlk oyunda “Arsenal” çox üstün idi”
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la keçiriləcək cavab oyunu haqda fikirlərini bölüşüb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, bu matç üçün daha hazırlıqlı olacaqlarına inandığını deyib:
“Artıq gördük ki, ilk oyunda “Arsenal” çox üstün idi və biz daha çox əks-hücumlara bel bağladıq. Çərşənbə günü biz tam 90 dəqiqə oyuna nəzarət etməyəcəyik. Amma güman edirəm ki, topa daha çox sahib olacağıq və oyuna həlledici töhfə verməyə çalışacağıq”.
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern”lə “Arsenal” arasındakı ilk oyunu 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu Münhendəki “Alyanz Arena” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin