“Onlar uzun müddət bir yerdə oynaya bilərlər” – Deşam
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya 4:0 hesabı ilə qalib gələn Fransa millisinin baş məşqçisi Didye Deşam, matçdan sonra açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, nəticədən razı qaldığını deyib:
“Rəqib yorulanda, biz daha çox boş sahə tapdıq və bunlardan istifadə etdik. Onlara maksimum təzyiq yaratmağa çalışırdıq. Nəticədən çox məmnunam. Komandanın oyununu çox sevdim, əla atmosfer var idi.
Futbolçular hücum xəttində bir-birlərini yaxşı başa düşürlər. Kilian Mbappe və Antuan Qrizmann bir-birlərini tamamlayırlar. Onlar uzun müddət bir yerdə oynaya bilərlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin