“Sabah”ın futbolçusu rəsmən “Keşlə”də

“Keşlə” klubu “Sabah”ın futbolçusu Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Karyerası ərzində “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.

Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button