“Keşlə” də COVİD-19 testindən keçdi

“Keşlə” Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti koronavirus (COVİD-19) testindən keçiblər.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, klubun təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan “ASK Arena”da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Daha öncə “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Səbail” də koronavirus testindən keçib və heç kimdə yoluxma qeydə alınmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button