“Kasımpaşa”da koronavirusa 7 yoluxma
Türkiyənin “Kasımpaşa” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Super Liqanın 9-cu turu çərçivəsində “Konyaspor”un qonağı olacaq komandanın kollektivi koronavirus testindən keçirilib. Nəticədə 7 futbolçunun koronavirusa yoluxduğu üzə çıxıb. Onlardan ikisi ölkəsinin milli komandasından qayıdan oyunçulardır.
Adları açıqlanmayan həmin futbolçular karantinə alınıblar.
“Konyaspor” – “Kasımpaşa” matçı noyabrın 22-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin