Kasilyasdan yeni müqavilə
“Portu”nun futbolçusu İker Kasilyas gələcək karyerasıyla bağlı qərarını verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan qolkiper Portuqaliya təmsilçisiylə yeni müqavilə imzalayacağını açıqlayıb:
“Bu həftə “Portu” ilə yeni müqavilə imzalayacam. Bu sözləşməylə 40 yaşıma qədər “Portu”da qalacam və ehtimal ki, karyeramı burda bitirəcəm.
Uzun illər La Liqada oynadığım üçün şanslıyam. Ancaq indi orada deyiləm. Geri qayıtmağı çox istərdim”.
1999-2015-ci illərdə “Real”da forma geyinən Kasilyas, 2015-ci ilin yayında “Portu”ya transfer olunub. 38 yaşlı qolkiper 167 dəfə də İspaniya millisinin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin