Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu

Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olub.

Komanda.az xəbər verir ki, o, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb.

Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal yığan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurublar.

Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk “beşlik”də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Çempionatda ilk iki yeri tutan şahmatçılar – Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button