Simeonenin keçmiş köməkçisi “Barselona”nın futbolçusunu ələ saldı
PSJ və “Barselona”nın futbolçuları İspaniyanın “Movistar” telekanalına kataloniyalı vinger Lamin Yamala ünvanlanan təhqiramiz ifadəyə görə müsahibə verməmək qərarına gəliblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uğursuz zarafatın müəllifi kanalın eksperti və Dieqo Simeonenin “Atletiko”dakı keçmiş köməkçisi German Burqos olub.
O, bildirib ki, 16 yaşlı ispaniyalı futbolçu karyerası yaxşı alınmasa, küçə kəndirbazı kimi əlavə pul qazana bilər:
“Futbolda uğur qazanmasa, işıqforda qalacaq”.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İspaniya klubu Parisdə PSJ-yə 3:2 hesabı ilə qalib gəlib.
Yamal bu mövsüm “Barsa”da 41 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin