“Karyeramı “Çelsi”də bitirmək istəyirəm”

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, karyerasını “zadəganlar”ın heyətində başa vurmaq istədiyini bildirib:

“Karyeramı “Çelsi”də bitirmək istəyirəm. Klubla 2023-cü ilədək nəzərdə tutulan müqaviləm var. Ümid edirəm ki, bu komanda ilə uğurlu mövsüm keçirərik. Hazırda özümü başqa bir klubda təsəvvür edə bilmirəm.

2015-ci ildə “Marsel”in əvəzinə “Lester”i seçdiyim üçün peşman deyiləm. Daha sonra “Çelsi”yə transfer olundum, burda da kuboklar qazandım. Bu klub mənə çox kömək etdi. İnanıram ki, bu komanda ilə daha çox kubok qazanacağıq”.

2016-cı ildən “Çelsi”nin şərəfini qoruyan 28 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button