Kapellodan Messi-Ronaldo müqayisəsi: “O, futbol dünyasının dahisidir”

İngiltərə millisinin sabiq çalışdırıcısı Fabio Kapello, Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, Messinin futbol dahisi olduğunu deyib:

“Messi bir dahidir. Futbol dünyasının dahisi. Argentina milli komandasıyla titul qazana bilməyib, ancaq təkbaşına da bir şey edə bilməz.

“Yuventus”un Ronaldonu transfer etməsi, komandadakı futbolçuları oyandırdı. Hər gün məşq edən, çox çalışan birini komandaya gətirmək, “Yuventus” üçün çox vacib idi. Ronaldo onlar üçün böyük transferdir. Ronaldo üçün də, yeni klubuyla Çempionlar Liqasını qazanmaq çox vacibdir”.

Baş məşqçi karyerası ərzində “Real”, “Yuventus”, “Milan”, “Roma” kimi klublarda işləyən Kapello, Rusiya və İngiltərə millilərini də çalışdırıb. 72 yaşlı mütəxəssis hazırda işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button