Kamran Əliyev “Ximki”ni məğlubiyyətdən xilas etdi
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krasnodar”ın əvəzediciləri ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ikinci qolunu da Əliyev vurub. O, hesab 1:2 olarkən – 85-ci dəqiqədə fərqlənib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
“Ximki” 25 turdan sonra 50 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin