Kamandan oxatma üzrə Azərbaycan çempionatı keçiriləcək
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq.
Kişi və qadın idmançılar üç kateqoriya – 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) üzrə yarışacaqlar.
Avqustun 24-də açılış mərasimi və sıralama atışları baş tutacaq. Çempionata ayın 25-də yekun vurulacaq.
Yarış Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin