“Kəpəz”in futbolçusuna 3 oyunluq cəza
Bu gün keçirilmiş İntizam Komitəsinin iclasında Əvəzedicilər Liqasının 9-cu turunun oyunlarına da hüquqi qiymət verilib.
Komanda.az sizi həmin qərarlarla tanış edir:
“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 59-cu dəqiqəsində “Kəpəz-2” komandasının 2 nömrəli futbolçusu Nicat Verdiyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Kəpəz-2” komandası 200 manat cərimə edilib.
“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Səbail-2” görüşündə hakim-inspektor oyunun videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 50 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin