
“Kəpəz”dən daha bir transfer
“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Komanda.az xəbər verir ki, Ədilxan Qarəhmədov “sarı-göylər”in şərəfini qoruyacaq.
Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artırıla bilər.
Qarəhmədov yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçunun sonuncu klubu 1-ci Liqa təmsilçisi “İrəvan” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin