“Kəpəz”də İmamverdiyev şoku

Futbol üzrə Azərbaycan kubokunun 1/8 finalında “Sabah”la qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi son məşq ilə matçın hazırlığını başa vurub.

Komanda.az xəbər verir ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq.

MOİK-ə qarşı son çempionat oyununda zədələnən Cavid İmamverdiyev komandaya kömək edə bilməyəcək.

Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaq. Gənc futbolçuların müalicəsi davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button