“Kəpəz” Premyer Liqanın 2 klubu ilə yoxlama oyunu keçirəcək
“Kəpəz” Azərbaycan Premyer Liqasının digər klubları ilə yoxlama görüşü keçirəcək.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” və “Araz-Naxçıvan”la sınaq matçına çıxacaq.
Oyunlar müvafiq olaraq yanvarın 10-da və 15-də təşkil olunacaq. Amma qarşılaşmaların yeri və saatı hələlik bəlli deyil.
“Kəpəz” mövsümün ikinci yarısının hazırlığını Gəncədə keçirəcək. Komanda bu məqsədlə 2024-cü il yanvarın 4-dən bir araya gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin