“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək
Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.
Tərəflərin razılığı ilə Azər Məmmədovun yetirmələri ev matçlarını bu arenada keçirəcəklər. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.
Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.
Azərbaycan Premyer Liqası, 10-cu tur
21 oktyabr
15:00. Kəpəz – Zirə
Tovuz şəhər stadionu
Əvəzedicilər Liqası, 10-cu tur
19 oktyabr
14:00. Turan Tovuz – Qarabağ
Tovuz şəhər stadionu
Bizi Facebook-da izləyin