“Kəpəz”dən yeni addım: İbrahimova geniş səlahiyyətlər verildi

Gəncə Futbol Akademiyasının direktoru Cabir İbrahimova geniş səlahiyyətlər verilib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, o, təkcə akademiyada yox, ümumiyyətlə, “Kəpəz” klubunda da söz sahibidir. Klubun İdarə Heyətinin sədrindən sonra o, demək olar ki, ikinci şəxs olub.

Səlahiyyətlərinin artırılması Cabir İbrahimova “Kəpəz”də ciddi islahatlar həyata keçirməyə imkan yaradir.

İbrahimov əvvəllər Gəncə şəhər stadionunun direktoru və “Kəpəz”in icraçı direktoru vəzifələrində çalışıb.

“Kəpəz” Premyer Liqada 13 turdan sonra 9 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button