“Kəpəz” üçün antidopinq təlimi
Azərbaycan Milli Antidopinq Agentliyi “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində “Kəpəz”in əsas heyətinin üzvləri üçün təlim keçirib.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, təlimdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, oyunçuları maraqlandıran suallar cavablandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin