“Kəpəz” sponsorluq məsələsi ilə bağlı açıqlama yaydı
Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz”in sponsorluq məsələsi mətbuatda daim gündm olan mövzulardan biridir.
Komanda.az xəbər verir ki, Gəncə klubuna hələ də sponsor tapılmayıb. Klub bununla bağlı açıqlama yayıb:
“Klub rəhbərliyi olaraq Futbolun İnkişafı Fondu (FİF) ilə birgə çalışıb “Kəpəz”ə sponsor tapılması üçün fəaliyyət göstəririk. Bu, bizim və fond rəhbərliyi üçün hazırda ən prioritet məsələdir. Həm birlikdə, həm də ayrı-ayrı olaraq müxtəlif səviyyələrdə görüşlər keçirilir, müzakirələr aparılır. İş adamları, şirkətlərlə danışıqlar olur. Təəssüflər olsun ki, hələ müsbət yöndə irəliləyiş yoxdur. İstər klubumuz, istərsə də FİF tərəfindən ayrı-ayrı şirkət təmsilçiləri klubun mövcud səraiti ilə tanış olmaq üçün bazaya dəvət olunurlar. Növbəti belə görüş keçirilib. Ortada hər hansı bir razılıq əldə edilməyib. Sadəcə bazaya baxış olub. Təbii ki, kluba sponsor tapılarsa, biz buna yalnız sevinə bilərik. Çünki məqsədimiz Gəncə futbolunu layiq olduğu yerə qaldırmaqdır”.
“Kəpəz” Premyer Liqada 26 turdan sonra 27 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin