Judadan Azərbaycan Minifutbol Federasiyasına təbrik və təşəkkür
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilin yekunları ilə bağlı çıxışında milli federasiyalara və oyunçulara il boyu göstərdikləri fəaliyətlərinə görə təşəkkür edib.
Komanda.az xəbər verir ki, Juda, Azərbaycan Minifutbol Federasiyası (AMF) haqda da xoş sözlər deyib:
“10 illik yubileyi münasibəti ilə Avropa Minifutbol Federasiyasını (EMF) və nəhayət, son Avropa çempionu olan, öz ölkələrində 2022-ci ilin ən yaxşı kollektiv komandası nominasiyasında fərqlənən Azərbaycan Minifutbol Federasiyası və milli komandasını təbrik edirəm. Şübhəsiz ki, EMF EURO-2022-dəki çıxışlarından dolayı onlar buna layiq idi. Çox şadam ki, Azərbaycan Minifutbol Federasiyası öz fəaliyyəti ilə dünyada minifutbolun inkişafı və təbliğinə nail oldu”.
Bizi Facebook-da izləyin